Şriftin ölçüsü :

Saytın rəngi :

4 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib

18 noyabr 2022 | 09:53

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 17 noyabr 2022-ci il tarixdə 4 saylı Cəbrayıl qəsəbəsində məskunlaşan rayon sakinləri ilə səyyar görüş-qəbul keçirib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri və rayon sakinləri iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verib. Rayon rəhbəri daha sonra işğaldan azad olunmuş ərazilərdə görülməsi nəzərdə tutulan quruculuq-abadlıq işlərindən geniş söhbət açıb.
    Səyyar görüş zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapmış, bəzi məsələlərin həlli nəzarətə götürülmüş və aidiyyəti qurumlara tapşırıqlar verilmişdir. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər