Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyasının qalibləri ilə görüş keçirilmişdir

06 mart 2020 | 16:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Dövlət Komitəsinin bu il yanvarın 17-də başlatdığı “Əsgərə salam” hərbi-vətənpərvərlik aksiyası çərçivəsində məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinin qalibləri ilə  görüş keçirilmişdir.
     Ərazisi işğalda olan rayonların məktəbliləri arasında keçirilmiş  inşa müsabiqəsi məcburi köçkün yeniyetmələrin vətən keşikçiləri haqqında öz ürək sözlərini, duyğu və düşüncələrini ifadə etmələrinə şərait yaratmışdır.
    Müsabiqəyə Şuşa, Laçın, Kəlbəcər, Xocavənd, Xocalı, Ağdam, Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının məktəblilərindən ümumilikdə 41 iş göndərilmişdir. İnşa işləri birinci mərhələdə rayon təhsil şöbələri, sonra isə Dövlət Komitəsində yaradılmış münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.
  Görüşdə "Əsgərə məktub" inşa müsabiqəsinin qalibləri mükafatlandırılmış, Cəbrayıl rayon İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin VII sinif şagirdi Alıkişiyev Nihad Pəhlivan oğlu da müsabiqənin  qalibi elan olunmuş və mükafata layiq görülmüşdür.

 

Keçidlər