Şriftin ölçüsü :

Saytın rəngi :

Fevral ayı ərzində Cəbrayıl rayonunda 4 səyyar görüş-qəbul keçirilmişdir

04 mart 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri uyğun olaraq yerlərdə səyyar qəbulların keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həllinə yönəlmiş tədbirlərin görülməsi Cəbrayıl rayon İcra Hakimiyyəti tərəfindən daim diqqət mərkəzində saxlanılır. Əvvəlcədən müəyyən olunmuş qrafikə əsasən rayon əhalisinin kompakt məskunlaşdığı müxtəlif bölgələrdə hər ay səyyar görüş-qəbullar keçirilir, vətəndaşları narahat edən problemlərin həllinə köməklik göstərilir.
   2020-ci ilin fevral ayı ərzində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən  4 səyyar qəbul- görüş keçirilmişdir.
   Keçirilən görüşlərdə qaldırılan  məsələlərin əksəriyyəti həllini tapmış, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyatı idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərində olan məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
   Vətəndaşların müraciətləri əsasən yardım edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, münasib işlə təminat və s. məsələlərlə bağlı olmuşdur.
   Görüşlərdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi,  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlər xüsusi qeyd edilmiş, sakinlər vətəndaşların yerlərdə qəbulunun təşkilinə, göstərilən hərtərəfli diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

 

 

 

 

 

Keçidlər