Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı Faciəsi”nin ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir

27 fevral 2020 | 16:00

Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqlərində, idarə və müəssisələrdə anım tədbirləri keçirilmişdir.

Faciənin iyirmi səkkizinci ildönümü ilə əlaqədar rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı yaşayış məntəqələrində, eləcə də Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.

Keçirilən tədbirlərin yekunu olaraq 26 fevral 2020-ci il tarixdə 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin, idarə və müəssisələrin kollektivlərinin, rayon məktəblərinin müəllim və şagird kollektivlərinin, hərbiçilərin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.

Tədbirin iştirakçıları "Şəhidlər” Abidə Kompleksində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyaraq, ruhlarını ehtiramla yad etmişlər.

 

Keçidlər