Şriftin ölçüsü :

Saytın rəngi :

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfiri Cəbrayıllı məcburi köçkünlərin görüşmüşdür

24 fevral 2020 | 16:00
    Fevral ayının 22- də Səudiyyə Ərəbistanı Krallığının  Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri  Haməd bin Abdullah bin Səud bin Xudeyri, səfirliyin məsul əməkdaşları və İslam İnkişaf Bankının nümayəndəsi ilə birlikdə Biləsuvar rayonu ərazisindəki Cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə olmuşdur. 
     Nümayəndə heyyətini Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qəbul etmişdir. 
   Görüşdə Səudiyyə Krallığının ölkəmizdəki səfiri növbəti belə bir görüşdə iştirak etməkdən məmnun olduqlarını bildirmişdir.
     Səfir qeyd etmişdir ki, “Bilirik ki bir çox müsəlman torpaqları zəbt olunub və əlbəttə ki, onlar gec-tez azad ediləcək. Bu gün İslam dünyasının əsas problemlərindən olan Fələstin və Qarabağ münaqişələrinin həll olunması bizim üçün çox böyük əhəmiyyət daşıyır. 
    Ər-Riyad hökuməti Qarabağ münaqişəsinin həlli məsələsində birmənalı şəkildə Azərbaycanın mövqeyini dəstəkləyb. İstər BMT, istər Ərəb Liqası, istərsə də İƏT (İslam Əməkdaşlıq Təşkilatı) müstəvisində keçirilən iclaslarda Səudiyyə Krallığı         Azərbaycanın ərazi bütövlüyünün qorunmasını əsas tələb kimi səsləndirib.
    Cəbrayıl  Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Səudiyyə Krallığının Azərbaycanda icra etdiyi layihələrin müsbət nəticələr verdiyini və münasibətlərimizin həm dövlət, həm də xalqlar səviyyəsində çox yüksək səviyyədə olduğunu qeyd etmişdir.
    Səfir qəsəbələrdə məskunlaşmış məcburi köçkünlərlə görüşərək, onların problemlərini dinləmiş, tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulamışdır.
    Sonda İslam İnkişaf Bankı xətti ilə «Qurban Əti İstifadəsi» layihəsi çərçivəsində məcburi köçkünlərə sovqat paylanmışdır.
 
 
 
 
 
 
 
 
Keçidlər