Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətində “ASAN Könüllülər” həftəsi çərçivəsində silsilə tədbirlər keçirmişdir

18 dekabr 2019 | 16:00
    Ölkə prezidenti Möhtərəm İlham Əliyev cənablarının 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevral ayının 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
    Qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar  üzrə Dövlət Agentliyinin “ASAN Könüllüllər” şəbəkəsinin imkanlarından istifadə edərək Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə Könüllülərlə iş üzrə Koordinator təyin olunmuş və tədbirlər planı təsdiq edilmişdir. 
    2019-cu ilin aprel ayından bu günədək rayon üzrə  12 könüllü gənc bu işə cəlb olunmuş və müqavilə  başa çatdıqdan sonra həmin könüllülərə müvafiq sertifikatlar verilmişdir.
   27 noyabr 2019-cu il tarixdə Azərbaycan Könüllülük Həftəsinin keçirilməsi ilə əlaqədar Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanaraq təsdiq olunmuşdur. Tədbirlər Planına uyğun olaraq gənclərin iştirakı ilə “Könüllülər: İnkluziv gələcək üçün” mövzusunda dəyirmi masa, Rayon İcra Hakimiyyətində gənclərlə görüşü təşkil olunmuş, “Beynəlxalq Könüllülər günü”nə həsr olunmuş konsert proqramı keçirilmişdir.
 
 
 
 
 
 
 
 
Keçidlər