Şriftin ölçüsü :

Saytın rəngi :

“Qarabağ gəncləri arasında Nəsimi kuboku” adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilmişdir.

17 dekabr 2019 | 16:00

15 dekabr 2019-cu il tarixdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi “Qarabağ gəncləri arasında Nəsimi kuboku” adlı layihə çərçivəsində Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında  “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilmişdir.
    Yarışın məqsədi dahi Azərbaycan şairi İmadəddin Nəsimi  irsinin daha geniş coğrafiyada təbliğ edilməsinə, oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə xidmət etməkdən ibarətdir.
    Yarışma 6 saylı qəsəbədə fəaliyyət göstərən X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində keçirilmiş, gərgin və maraqlı keçən yarışda 8 saylı  tam orta məktəbin komandası birinci, 9 saylı tam orta məktəbin komandası ikinci və  X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin komandası isə üçüncü yerləri qazanıb. Qalib komandalar Fəxri fərmanlarla təltif olunub, hədiyyələr və kuboklarla mükafatlandırılıb. 

 

 

 

Keçidlər