Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
12 dekabr 2019-cu il tarixdə Cəbrayıl rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçrilmişdir.
Tədbirdə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə rəhbərləri, kənd ərazi nüməyəndələri, rayon içtimaiyyətinin nümayəndələri iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Anım günü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin, ağsaqqalların və din xadimlərinin iştirakı ilə ehsan süfrələri təşkil olundu, Ulu Öndərin ruhuna dualar oxundu.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov anım tədbirində çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından on altı il keçdiyini xatırlatdı, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə fərqlənən Ümummilli Lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirdi.
Qeyd etdi ki, 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycanı geridə qalmış aqrar respublikadan çiçəklənən, yüksək inkişaf edən bir diyara çevirmişdir. Azərbaycanın iqtisadiyyatında, cəmiyyətində narahatlıq doğuran tənəzzül proseslərinin açıq müşahidə edildiyi bir zamanda respublikanın rəhbərliyinə gələn Heydər Əliyev ittifaqın güclü iqtisadi potensialından səmərəli istifadə edərək Azərbaycanı qısa müddət ərzində tərəqqi yoluna çıxarmışdır.
1993-cü ildə ölkədə hökumət böhranı, xaos vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, ölkədə davamlı sabitlik təmin olundu.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Müstəqil Azərbaycannın çağdaş tarixinin yeni şanlı səhifələri yazılır.Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.