Şriftin ölçüsü :

Saytın rəngi :

İmadəddin Nəsiminin 650 illik yubleyi qeyd olunmuşdur

06 dekabr 2019 | 16:00
     Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsimi (1369-1417) bəşəri dəyərlərin əsas carçılarından biridir. Əsasını humanist  ideyalar təşkil edən Nəsimi yaradıcılığı dünya ədəbiyyatında təkrarolunmaz bir fenomendir. Azərbaycan poeziyasının yaradıcılarından biri olan İmadəddin Nəsimi Azərbaycanda ədəbi fikrin mühüm siması olmaqla yanaşı, ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yerə malikdir.
      Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmiş, lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.
       Rayonda böyük Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlər həyata keçirilmişdir.
      4 saylı qəsəbə klubunda keçirilən tədbirdə giriş sözü ilə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə xanım İbayeva açaraq “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 2019-cu il 11 yanvar tarixli sərəncamlarının ölkəmizdə şairə verilən yüksək dəyərin göstəricisi olduğunu, böyük mütəfəkkirin irsinin təbliğində xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı.  
      İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublika ərazisində bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü rayonumuzda böyük rəğbətlə qarşılanıb. Aksiya çərçivəsində rayonumuzda da 4 min ağac əkilmişdir.
     Ağacların əkilməsi kompaniyasında rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisələrin, məktəblərin müəllim və şagird kollektivləri, gənclər fəal iştirak etmişlər.
       Tədbir zamanı rayon mədəniyyət işçilərinin və məktəblilərin ifasında Nəsimin qəzəllərindən ibarət ədəbi-bədi kompozisiya nümayiş etdirilmişdir.
 
 
 
 
 
 
 
 
Keçidlər