Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi
21 noyabr 2019 | 16:00
Cəbrayıl rayonunda 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərliyi, ağsaqqallar və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir işrirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək onun əzizi xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov peşə bayramı münasibətilə ədliyyə orqanlarının işçilərini təbrik etdi.
Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolu, Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlar haqqında məlumat verdi.
Ulu öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdıran İcra başçısı həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını xüsusi vurğuladı.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzuladılar.