Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşuldular

13 noyabr 2019 | 16:00
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalarin növbəti mərhələsinə start verilib.
       Tur-aksiya çərçivəsində noyabr ayının 13-də səhər saatlarında Cəbrayıl rayonundan olan 20 şagird Quba-Qusar-Xaçmaz marşrutu üzrə tur aksiyada iştirak etmək üçün yola salınıblar. 
        Rayon icra hakimiyyətinin və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev adına parkın qarşısında keçirilən yolasalma mərasimində iştirakçılar “Şəhidlər” abidə kompleksini ziyarət edərək, önünə gül dəstələri qoydular.
      Yolasalma mərasimində çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısının müavinləri Fəridə İbayeva, Tapdıq Nəsirov və rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik sahəsində tərbiyəsində, onların vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdılar.
     Valideynlər çıxışlarında şagirdlərin dünyagörüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlət başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
 
 
 
 
 
Keçidlər