Cəbrayıllı şagird Avropa Şurasının 70 illiyi münasibəti ilə keçirilən inşa müsabiqəsinin qalibi olub
03 oktyabr 2019 | 16:00
01 oktyabr 2019-cu il tarixdə Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilib. Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, AŞPA-nın sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə akad.M.Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 11 sinif şagirdi Vahid Əsəd “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin qalibi olaraq mükafatlandırılıb.
V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano təqdim edib.