Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçisi Cəbrayıl rayonunda vətəndaşlarla görüşüb

13 sentyabr 2019 | 16:00

 12 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov Cəbrayıl rayon İcra Hakimiyyətinin inzibati binasında məcburi köçkünlərlə qəbul keçirmişdir.
    Qəbulda Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak edirdi.
    Müraciət edən  32 nəfər tərəfindən qaldırılan məsələlərdən 11-i torpaq sahəsi ilə təminat, 6-sı qəsəbədaxili avtomabil yollarının təmiri, 4-ü müalicə ilə bağlı köməklik göstərilməsi və digər məsələlər olmuşdur. 
  6 məsələ yerində həll edilmiş, 26 məsələyə qanuna müvafiq cavab verilmişdir.
     Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

 

 

Keçidlər