Cəbrayıl rayonundan olan ixtisaslı həkimlərdən ibarət heyət tərəfindən sakinlərin tibbi müayinəsi keçirilmişdir
22-23 avqust 2019-cu il tarixdə Cəbrayıl Rayon İcra hakimiyyətinin və ziyalıların təşəbbüsü ilə əslən Cəbrayıl rayonundan olan, hazırda respublikanın müxtəlif klinikalarında çalışan 5 nəfər ixtisaslı həkimdən ibarət heyət - Məzahir Quliyev-LOR həkimi, İltifat Şərifov-göz həkimi, İlqar Abışov-Enoskopist, Fərhad Əhmədov -Nevropatoloq, Vüqar Zamanov -Koordioloq Cəbrayıl rayonundan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Biləsuvar rayonu ərazəsindəki qəsəbələrə səfər edərək sakinləri tibbi müayinədən keçirmişlər.
Iki gün ərzində davam edən aksiyada 500 nəfərə yaxın rayon sakini tibbi müayinədən keçmişdir.
İnsanların sağlamlığına xidmət edən belə aksiyaların bundan sora da mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur