Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğalının 26-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

23 avqust 2019 | 16:00

23 avqust 2019-cu il tarixdə Cəbrayıl rayonunun işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon ictimaiyyətinin nümayəndələri ziyalılar, ağsaqqalar, gənclər, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları iştirak edirdi.

Tədbirin əvvəlində Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində  salınmış "Şəhidlər” Abidə Kompleksində  topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidəsi önünə gül dəstələri qoyularaq ruhları ehtiramla yad edilmişdir.

Sonra tədbir iştirakçıları “Mədəniyyət və İstirahət parkında” topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək 26 illik müddətdə doğma torpaqlarından didərgin düşmüş sakinlərin ağır şəraitini, onların gün-güzəranını, vətənsiz, torpaqsız keçirdikləri həyətlarını dilə gətirmiş və həmin günün insanların yaddaşında qara hərflərlə yazıldığını,  lakin buna baxmayaraq insanların həmişə öz  doğma yurdlarına qayıdacaqlarına inandığını qeyd etmişdir.

 Rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda ölkə Prezidenti cənab İlham Əliyevin daim məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atdığını diqqətə çatdıraraq aparılan uğurlu siyasət nəticəsində doğma torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyini və  bu günün Cəbrayılın işğal günü kimi yox, Qələbə günü kimi Cəbrayılda qeyd ediləcəyini bildirmişdir.

\

Keçidlər