Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluş günü” ilə əlaqədar tədbir keçirilmişdir

14 iyun 2012 | 15:00

13 iyun 2012-ci il tarixdə saat 1100-da Cəbrayıllı məcburi köçkünlər üçün Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbədə salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar Cəbrayıl Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə ümumrayon tədbiri keçirmişdir.
Rayon ictimaiyyətini təmsil edən 160 nəfərdən çox sakinlərin iştirakı ilə keçirilən tədbir Ulu Öndərin parkda ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyulması ilə başlamış, sonra isə parkda açıq havada davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev açmış və “Qurtuluş Günü”nün tarixi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra isə tədbir iştirakçılarından əmək veteranı, Prezident təqaüdçüsü Kamılxan Rüstəmova, 4 saylı qəsəbə sakini Telli Quliyeva, 11 saylı qəsəbə sakini Mustafa Məhərrəmov, 3 saylı qəsəbə sakini Əli Hümbətalıyev və başqaları çıxış edərək həmin illərdə Heydər Əliyevin xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib yenidən hakimiyyətə gələrək apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizi xaosdan, qardaş qırğınından xilas etdiyini, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasında və Respublikamızın bugünkü səviyyəyə gəlib çatmasında Ulu Öndərin böyük və danılmaz əməyi olduğunu qeyd etdilər.
Sonda İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev tədbiri yekunlaşdırmışdır.
 

Keçidlər