Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilmişdir

08 avqust 2019 | 16:00

Avqust ayının 8-də  2019-cu ilin  6 ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.
Yığıncaqda  Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, rayon ictimaiyyətinin nümayəndələri  iştirak edirdi.

İclasda rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin 6 ayının  sosial-iqtisadi inkişafının yekunları və bu sahədə rayonda görülən işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi.

Qeyd edildi ki, cari ilin  6 ayında rayon üzrə 17920 ailə təsərrüfatında birləşmiş  81.4 min nəfər rayon əhalisinin müvəqqəti kompakt məskunlaşma yerlərində ümumilikdə 24 səyyar görüş-qəbul keçirilmiş, həmin görüşlərdə 950 nəfər rayon sakini iştirak edərək onları narahat edən məsələlərlə bağlı 129 təkliflər irəli sürmüşlər. Onlardan 38-i müsbət həll olunmuş, 91-i bərədə isə müvafiq tədbirlər görülmüşdür.

 İlin birinci yarısında “2007-ci ildə istifadəyə verilmiş 1856 ailəlik beş qəsəbəyə 1 saylı qəsəbədəki anbardan su nəql edən 15075 p/m mərkəzi boru xəttinin dəyişdirilməsinə başlanmış və qısa vaxt ərzində artıq işlər tam başa çatdırılmışdır. Həmin 5 qəsəbənin daxili içməli su xəttinin dəyişdirilməsi istiqamətində  iş aparılır.

Dünya Bankının və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə Biləsuvar rayonu ərazisində 2003-cü ildə tikilmiş 2598 evdən ibarət 6 qəsəbənin daxili yollarının əsaslı təmirinə başlanmış, iş hazırda davam edir.

Ölkə Prezidentinin tapşırığının icrası olaraq əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə xidmət ərazimiz olan köçkün qəsəbələrində, eləcə də rayonun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 2016-cı ildən etibarən sakinlər tərəfindən pambıq əkininə başlanmış, eyni zamanda həmin ildən tut tingləri əkilməklə baramaçılığın imkişafı üçün təməl yaradılmışdır. 2019-cu ildə baramaçılarımız keçən ildəkindən 3 dəfədən çox olmaqla, 4 ton 840 kq yaş barama yetişdirərək “Azəripək” MMC-yə təhvil vermiş, nəticədə ümumilikdə 43560 manat gəlir əldə etmişlər. Eyni zamanda pambıq əkini ilə məşğul olan sakinlər bu il 102.25 hektar sahədə pambıq əkmiş, hazırda yüksək məhsul əldə edilməsi üçün aqrotexnikaya uyğun işlər görülməkdədir.

Bu ilin məhsulu üçün ümumilikdə rayon üzrə 2980 hektarda taxıl, 948 hektarda yonca, 31 hektarda kartof, 102 hektarda pambıq, 68 hektarda bostan-tərəvəz və 140 hektardan çox təkrar qarğıdalı əkilmiş. Taxıl sahələrində biçin 22 gün müddətində tam başa çatdırılmış, 10185 ton taxıl məhsulu yığılaraq, hər hektardan 34.2 sentner məhsul əldə edilmişdir.

Həmçinin Cocuq Mərcanlı kəndində məskunlaşan ailələrə verilmiş torpaq sahələrində 6 hektarda pambıq, 8 hektarda şəkər çuğunduru, 12 hektarda yonca, 2 hektarda tərəvəz əkilmişdir. Kənddə tikilməkdə olan suvenir istehsalı müəssisəsində işlər sürətlə davam etdirilir.

Rayon üzrə şəxsi  təsərrüfatlarda 10765 baş iri buynuzlu, 111854 baş xırda buynuzlu heyvan saxlanılır. Rüb ərzində 4218 ton süd, 541 ton ət, 2 milyon 630 min ədəd yumurta istehsal olunmuşdur.

Keçən il rayon əhalisindən cəmi 148 nəfər özünüməşğulluq layihəsi çərçivəsində  təlimə cəlb olunaraq biznes ideyasını müdafiə etmiş, onlardan hazıra kimi 106 nəfər sakinimiz aktivlərlə təmin olunmuş, 2019-cu ilin 6 ayında 71 nəfər özünüməşğulluq proqramı çərçivəsində təlimə cəlb onaraq  kursu bitirmişlər. Bu ilin 6 ayı ərzində rəsmi statistikaya əsasən rayon üzrə  169 nəfər daimi işlə təmin olunmuşdur ki, onlardan da 7-si mövcud müəssisələrdə, 107 -i yeni açılmış müəssisələrdə, 55 nəfər isə fiziki şəxs kimi fəaliyyət sahəsi yaratmışdır.

6 ay ərzində rayon üzrə cəmi 13 milyon 560 min manatlıq  ümumdaxili məhsul istehsal edilmiş, ondan 11 milyon 625 min manatı kənd təsərrüfatı, 951 min manatı sənaye, 903.5 min manatı tikinti, 24 min manatı nəqliyyat, 65.5 min manatı isə rabitə sahəsində olmuşdur.

Altı ayda rayon üzrə 184 nikah, 49 boşanma qeydə alınmış, yeni doğulanlar 623 nəfər, vəfat edənlər 166 nəfər, qeydiyyata gələn 109 nəfər, çıxanlar isə 11 nəfər olmuş, İlin əvvəlindən indiyə kimi 457 nəfər təbii artım, 98 nəfər isə miqrasiya artımı qeydə alınmışdır.

Məruzə ətrafında Cəbrayıl rayon DAİM-in direktoru Şahin Şirinov və  DSMF Cəbrayıl rayon şöbəsinin müdiri Akif Məmişov çıxış edərək rayonun kənd təsərrüfatı və sosial sahədə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr  barədə məlumat verdilər.

 İclasın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Həsənov Kamal İltifat oğluna, rayon Ağsaqqallar şurasının sədri Məhərrəmov Vaqif Əfsər oğluna, rayonun İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru Rəhimov Fəxrəddin Qara oğluna  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı, RİH başçısının Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinov Mustafa Surxay oğluna isə  “Tərəqqi” medalı təqdim olunmuşdur.

 

Keçidlər