Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlıda “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub

06 avqust 2019 | 16:00

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Dövlət Sərhəd Xidmətinin hərbi hospitalının və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş “Hərbi-səhra döyüş travması simpoziumu və travma kursu” təşkil olunub.

Tədbirdən əvvəl simpoziumun iştirakçıları və dəvət olunmuş qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olublar.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan simpoziumda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Simpoziumda DSX-nin hərbi hospitalının rəisi, tibb üzrə elmlər doktoru, Əməkdar həkim, tibb xidməti polkovniki Kənan Yusifzadə və Azərbaycan Respublikası Hərbi Cərrahlar İctimai Birliyinin mütəxəssisləri çıxış edərək ölkəmizdə hərbi cərrahiyyənin inkişafının əhəmiyyətindən və bu istiqamətdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən söz açıblar. Çıxışlarda hərbi səhra cərrahiyyəsinin təşkili, silahlı yaralanmalarda cərrahi müalicənin prinsipləri, damar yaralanmalarının müasir aspektləri, odlu silah travmalarından sonra yuxarı və aşağı ətrafların imobilizasiyası, tənəffüs yollarının zədələnməsi zamanı asfiksiyanın aradan qaldırılması, kəllə-beyin travmaları zamanı trepanasiya, sidik-cinsiyyət sisteminin odlu silah yaralanmaları zamanı müalicəsi və diaqnostikası, çanaq sümüklərinin sınıqları zamanı eksternal fiksatorların qoyulması mövzusunda mühazirələr oxunub, praktiki dərslər keçirilib.

 

 

 

 

 

Keçidlər