Şriftin ölçüsü :

Saytın rəngi :

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümü Cocuq Mərcanlıda “Soyqırımı tarixinin dastanı” tamaşasının nümayişi ilə bağlayıb

29 iyul 2019 | 16:00
        Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi iyul ayının 27-də Cəbrayıl rayonunun işğalından azad olunmuş Cocuq Mərcanlı kənd sakinlərinə və kənd yaxınlığında olan hərbi hissələrdəki zabit və əsgər heyətinə mədəni xidmət göstərmək və vətənpərvərlik ruhunu qaldırmaq məqsədilə şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” əsəri ilə Cocuq Mərcanlı kənd klubunda kənd sakinləri və yaxınlıqda yerləşən “N” saylı hərbi hissənin hərbi qulluqçuları qarşısında çıxış etmişdir.
         Tamaşadan öncə vətən uğrunda canından, qanından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 
        Sonra Cəbrayıl rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev tamaşaçıları salamlayaraq, öz ürək sözlərini bölüşüblər.
        Sonda səhnə əsəri nümayiş olunub.
        Tamaşanın quruluşçu rejissoru, tərtibatçı rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.
 
 
 
 
 
 
 
Keçidlər