Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərxalça” ASC-nin Cəbrayıl filialında üzərində Qarabağ atlarının təsviri olan xalçaların kəsim günü

18 iyul 2019 | 16:00

     17 iyul 2019-cu il tarixdə “Azərxalça” ASC-nin Cəbrayıl filialında üzərlərində Qarabağ atları təsvir olunan xalçaların kəsim günü qeyd edilmişdir. 
    Respublikamızın dilbər guşələrindən olan Qarabağ füsunkar təbiəti, heyrətamiz musiqisi, qədim abidələri, nadir cins atları ilə yanaşı, həm də xalçaları ilə dünyada tanınır. Qədimliyi ilə seçilən bu xalçalar Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindəndir.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməsi məqsədi ilə 5 may 2016-cı il tarixli 2032 saylı Sərəncamı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
    Tarixən Cəbrayıl əhalisinin qədim ənənələrə söykənən xalça toxuculuğu tətbiqi sənət növü ilə məşğuliyyəti nəzərə alınaraq, Biləsuvar rayonu ərazisində kompakt məskunlaşdığımız məcburi köçkün qəsəbələrində “Azərxalça” ASC-nin Cəbrayıl filialının tikintisinə başlanılmış, 15 dekabr 2018-ci il tarixdə işlər tam başa çatdırılaraq istifadəyə verilmişdir. Filialda 70 nəfərdən artıq qadın xalçaçılıq sənəti ilə məşğul olur və indiyə kimi müxtəlif ölçülərdə 43 ədəd, ümumilikdə 181 m2 xalça toxunaraq  “Azərxalça” MMC-ə təhvil verilmişdir. Rayon icra hakimiyyətinin başçısı vəzifəsin müvəqqəti icra edən Arif Fərzəliyev, başçının müavini Tapdıq Nəsirov, aparatın digər məsul işçiləri Qarabağ atlarının təsviri əks olunmuş xalçaların kəsilməsi mərasimində iştirak edərək, müəssisənin işçilərinə uğurlar arzulamışlar.

 

 

Keçidlər