2 iyul – Polis işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib
03 iyul 2019 | 16:00
02 iyul 2019-ci il tarixdə Cəbrayıl rayonunda “02 iyul Azərbaycan Polisinin yaranması günü” münasibəti ilə tədbir keçirmişdir.
Əvvəlcə tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Polis şöbəsinin şəxsi heyəti və ictimaiyyətin nümayəndələri Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edənlər Azərbaycan polisinin yarandığı gündən indiyə qədər şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığı bildirdilər, peşə bayramı münasibətilə rayon Polis şöbəsinin şəxsi heyətini təbrik etdilər.