Kompyuter oyunları üzrə gənclər arasında XIII Azərbaycan Milli Çempionatında Cəbrayıl rayonunun komandası 4 yerə layiq görülmüşdür
28 iyun 2019 | 16:00
7-9 iyun 2019-cu il tarixdə Bkı şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kompyuter Oyunları Milli Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə əsasən gənclər arasında Kompyuter Oyunları üzrə XIII Azərbaycan Milli Çempionatının Yuxarı Qarabağ və Kəlbəcər-Laçın rayonları üzrə zona yarışları keçirilmişdir.
Cəbrayıl rayonunun komandası zona yarışlarında I yerə layiq görülərək final mərhələsinə vəsiqə qazanmışdır.
20-22 iyun 2019-cu il tarixdə Bakı şəhərində keçirilən oyunların final mərhələsində komandamız 32 komanda arasında Respublikada dördüncü yerə layiq görülmüşdür.
![](/storage/files/images/65644602_181359719525736_3996838055318126592_n.jpg)
![](/storage/files/images/64851852_181359566192418_6126867518867898368_n.jpg)
![](/storage/files/images/64658481_181359872859054_2785022082247819264_n.jpg)