Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının VII Konfransı keçirilmişdir

11 yanvar 2012 | 16:00

11 yanvar 2012-ci ildə Biləsuvar rayonu ərazisindəki 4 saylı qəsəbə klubunda Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatının VII Konfransı keçirilmişdir. Konfransdan əvvəl qəsəbə ərazisindəki “Heydər Parkı”nda Ümumilli Lider Heydər Əliyevin abidəsi iştirakçılar tərəfindən ziyarət edildi və abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Konfransın işində Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri, YAP siyasi şurasının üzvü Hadı Rəcəbli, Milli Məclisin deputatı Astan Şahverdiyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP mərkəzi aparatının nümayəndəsi Ramil Mirzəyev iştirak edirdilər.

YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Konfransı açıq elan etdikdən sora Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Hesabat dövründə YAP Cəbrayıl rayon təşkilatının fəaliyyəti barəsində təşkilatın sədri Arif Fərzəliyev hesabat məruzəsi ilə çıxış etdi. Natiq məruzədə Cəbrayıl rayon təşkilatının hesabat dövründəki fəaliyyətindən geniş bəhs etdi və dedi: banisi ümummilli liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının boy sırası gün-gündən artır, ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında partiyadaşlarımız çox fəal iştirak edirlər. Suveren, azad Respublikamızda, demokratik, hüquqi və dünyəvi dövlət yaradılması Azərbaycanın sivilizasiyalı ölkələr sırasında özünə layiqli yer tutması görümündə, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan ölkə prezidenti, Yeni Azərbaycan partiyasının sədri möhtərəm cənab İlham Əliyevin yeritdiyi siyasət, gördüyü işlər hamımızı ürəkdən sevindirir.

Bu gün fəxrlə demək olar ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə nəinki bölgəmizdə, dünyada öncül yer yer tutur. Cəhab Prezidentin 2011-ci işin 9-ayının yekunları ilə əlaqədar Nazirlər kabinetinin iclasında dediyi kimi: “ Bir sözlə , iqtisadi inkişafla bağlı məsələlər ölkəmizdə uğurla icra edilir.Təsadüfü deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda iqdisadi və sosial sahələrdə aparılan islshatları çox yüksək qiymətləndirir. Azərbaycanın kredit reytinqi artır. Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqi artmaqdadır.Dünyanın nüfuzlu təşkilatları-Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabliyyətliliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirirək 55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında iqdisadiyyatın rəqabət qabliyyətinə görə Azərbaycan birinci yerdədir, liderdir.”

Nəzarət-Təftiş qrupunun sədri İnqilab Quliyev hesabat məruzəsi ilə çıxış etdi. Hesabat məruzə ətrafında çıxışlarda YAP Cəbrayıl rayon təşkilatı Qadınlar Şurasının sədri Validə Həsənova, Gənclər Birliyinin sədr müavini Qalib Quliyev, “Səs” qəzetinin baş redaktoru Bıhruz Quliyev, Milli Məclisin deputatı Astan Şahverdiyev, Milli Məclisin komitə sədri Hadı Rəcəbli çıxış etdilər.

Konfrans yeni şura üzvlərini, idarə heyətinin üzvlərini və nəzarət təftiş qrupunu seçdi. Konfrans qətnamə layihəsini qəbul etdi. Hesabat dövründə fərqlənən YAP üzvlərinə fəxri fərmanlar təqdim olundu, YAP-a yeni qəbul olunmuş üzvlərə üzvülük vəsiqələri təqdim olundu. Konfransın sonunda Cəbrayıl Rayon İcra hakimiyyətinin Başçısı cənab Mahmud Quliyev geniş çıxış edərək yeni seçilmiş tərkibi təbrik etdi. Arif Fərzəliyev yenidən YAP Cəbrayıl rayon təşkilatının sədri seçildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə onfrans iştirakçıları adından müraciət qəbul olundu.

Keçidlər