Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilmişdir

14 iyun 2019 | 16:00
    İyun ayının 14-də növbəti dərs ilinin başa çatması ilə əlaqədar Cəbrayıl rayon ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilmişdir. Tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərində gələni etdilər. 
    Cəbrayıl rayonun Təhsil şöbəsinin məlumatına əsasən 2018-2019-cu tədris ilində Cəbrayıl rayonunda fəaliyyət göstərən 41 ümumtəhsil məktəbində 9240 nəfər şagird təhsil almış, rayon üzrə 700 nəfər şagird tam orta məktəbi bitirərək məzun olmuşdur.
      Məktəblərdə keçirilən tədbirlərdə rayon ictimaiətinin nümayəndələri və valideynlər iştirak etmişdir.
   Tədbirlərdə çıxış edənlər müstəqil həyatın astanasında duran məzunlarımıza gələcək həyatlarında uğurlar dilədilər, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzuladılar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər