Şriftin ölçüsü :

Saytın rəngi :

“5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü” qeyd edildi

05 iyun 2019 | 16:00
      Cəbrayıl rayonunda  “5 iyun Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı  qeyd edildi.
   Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, rayon Suvarma sistemləri və SuKanal idarələrinin əməkdaşları, idarə və müəssisələrin rəhbərləri  iştirak edirdi.
    İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər qoydular.
    Rayonun Su təsərrüfatı idarələrinin kollektivi ilə görüşən Cəbrayıl  Rayon İcra Hakimiyyətinin Başçısı “5 iyun - Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı günü”  münasibəti ilə onları təbrik edərək, çətin və şərəfli işlərində uğurlar arzuladı.
 
 
 
 
Keçidlər