Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

25 may 2019 | 16:00
      May ayının 24-də-də Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
    Konfransda Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev və rayon təşkilatının gənc üzvləri iştirak edirdi.
   Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev  Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olduğunu bildirdi. O, partiyanın fəlaiyyətində  gənclərlə iş sahəsinə böyük önəm verildiyini qeyd etdi.
     Konfransda YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Məmmədli hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin, partiya rəhbərliyinin qarşımızda qoyduğu vəzifələrin həyata keçirilməsində YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin üzvləri olan gənclər də  əllərindən gələni əsirgəmirlər. 
    Ə.Məmmədli çıxışında  Azərbaycanda gənclərin potensialına böyük önəm verildiyini, onların qayğı və problemlərinin həll olunduğunu, istək və arzularının reallaşması üçün hər cür əlverişli şəraitin yaradıldığını bildirdi. O, qeyd etdi  ki, gənclərin müasir cəmiyyətdə mövqeyinin daha da gücləndirilməsi üçün dövlət səviyyəsində kifayət qədər işlər görülür. Gənclərin sosial şəbəkələrdə fəallığından danışan Ə.Məmmədli ölkəmizin inkişafını istəməyən dairələrin sosial şəbəkələrdə qarayaxma kampaniyasına hər zaman tutarlı cavab verilməli olduğunu bildirdi.
     Daha sonra fəal gənclərdən Zamin Həziyev, Aytəkin Qurbanova  və  digərləri çıxış edərək Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs ediblər. Qeyd edildi ki, dövlət başçısının rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir.
    Sonra Konfransda təşkilati məsələlərə baxılıb. YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin şura üzvləri və idarə heyətinin üzvləri seçildi. Əli Məmmədli  YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin sədri, İsmayıl İsmayılov və Rəşad Səfərli isə sədrin müavini seçiliblər.
    Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  ilk öncə YAP Cəbrayıl rayon təşkilatı Gənclər Birliyinin yeni seçilən heyətini təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.
   İcra başçısı qeyd etdi ki, müstəqil dövlətimiz Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün bu siyasət  ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təbii ki, inkişaf siyasətindən gənclərimizə də pay düşür. Gənclərimiz isə, öz növbəsində, onlar üçün yaradılan şəraiti düzgün dəyərləndirməli və bu siyasətin yerlərdə icrası işində yaxından iştirak etməlidirlər. 
     Konfransın sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
 
 
 
 
 
 
 
 
 
Keçidlər