“8 mart Beynəlxalq Qadınlar günü”
07 mart 2012-ci il tarixdə Biləsuvar rayonu ərazisindəki 7 saylı qəsəbə klubunun qarşısında “8 mart Beynəlxalq Qadınlar günü” ilə əlaqədar bayram tədbiri keçirilmişdir. Bayram tədbirinin giriş sözü ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahmud Quliyev açaraq xanımları təbrik edti, dünyaya böyük dahilər, qəhrəmanlar bəxş edən qadın haqqında, onun tarixdəki xidmətlərindən söhbət açdı.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Azərbaycan Respublikası “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 189 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2000-ci il tarixli 176 №-li qərarının icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində tədbirlər hazırlayıb həyata keçirməsindən söhbət açmış, Rayonun idarəetmə orqanlarında təhsil, səhiyyə, mədəniyyət və digər təşkilatların rəhbər vəzifələrində qadınların vəzifədə irəli çəkilməsinə diqqəti artırıldığını qeyd etmişdir. Rayon Təhsil şöbəsinin müdiri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının qadınlar şurasının sədri Validə xanım Həsənova “8 Mart Beynəlxalq Qadınlar Günü”dür adlı məruzə ilə çıxış etmişdir.
Mehdili kənd tam orta məktəbinin müəllimi, şair Hidayət Səfərli, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev, 8 Mart bayramı günündə əkiz uşaq dünyaya gətirmiş Şəfiqə Ələsgərova çıxış edərək, bütün Azərbaycan xanımlarını, başda Ölkənin birinci xanımı Mehriban Əliyevanı Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə təbrik etdilər. Sonda Rayon Mədəniyyət və Turizm şöbəsinin musiqi kollektivi tərəfindən hazırlanmış ədəbi-bədi konsert proqramı nümayiş etdirildi.