Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonu ərazisindəki Güdəcühür köçkün qəsəbəsində məskunlaşmış vətəndaşlarla səyyar görüş-qəbul keçirmişdir

26 aprel 2019 | 16:00
    Aprel ayının 25- də Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı  Kamal Həsənov Sabirabad rayonu ərazisindəki Güdəcühür köçkün qəsəbəsində məskunlaşmış vətəndaşlarla səyyar görüş-qəbul keçirmişdir.
    Tədbirdə rayon icra hakimiyyəti başçısı Kamal Həsənov  çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə səyyar görüş-qəbulların mütəmadi olaraq keçirildiyini bildirdi,  bu görüşlərin keçirilməsində əsas məqsədin vətəndaşları narahat edən problemlərlə yerindəcə tanış olmaq, həllinə köməklik göstərmək olduğunu qeyd etdi.
     Rayon icra hakimiyyətinin başçısı çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışdı,  məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, həmin yaşayış komplekslərində əraziləri işğal olunmuş digər rayonlardan olan məcburi köçkünlərlə yanaşı  Cəbrayıl rayonundan olan  ailələrin də yeni mənzillərlə təmin edildiyini qeyd etdi. 
      Rayon rəhbəri,  həmçinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu,  ölkə Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqəsədi ilə 2019-cu il 26 fevral tarixli sərəncamı bu koteqoriyadan olan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılmasının məcburi köçkünlərə dövlət qayğısının bariz nümunəsi olduğunu bildirdi. 
      Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində  həyata keçirilən işlər, aprel döyüşlərində ordumuzun göstərdiyi qəhrəmanlıqlardan danışaraq erməni işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini bildirdi.
Səyyar qəbulda 12 nəfər məcburi köçkünün müraciəti dinlənilmiş, oların bir qismi həll edilmiş, digər müraciətlərə baxılması üçün  aidiyyəti idarə, müəssisə rəhbərlərinə  tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
       Görüşdə iştirak edən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası  Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, ölkə rəhbərinin ətrafında daima sıx birləşdiklərini bildirmişlər.
 
 
 
 
 
Keçidlər