Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Cocuq Mərcanlıya səfər edib

19 aprel 2019 | 16:00
       Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərliyi ilə nazirliyin əməkdaşlarından ibarət nümayəndə heyyəti aprel ayının 18-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.
     Səfər zamanı nazir Muxtar Babayev və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoydular.
      Novruz Aslanov adına Cocuq Mərcanlı kənd məktəbinə gələn qonaqlar məktəbin kollektivi ilə görüşmüş, kənddə aparılmış bərpa quruculuq işləri və yeni salınan “Qayıdış” parkı ilə tanış olmuş, Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət etmişlər. 
      Sonra nümayəndələr kəndin kənarında ayrılmış torpaq sahəsində müxtəlif növ meyvə ağaclar əkmişlər.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər