Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir keçirilib

03 aprel 2019 | 16:00

    Hərbi vətənpərvərlik həftəsi çərçivəsində növbəti tədbir Beyləqan Rayon Mədəniyyət Mərkəzində keçirilib. Müharibə veteranlarının, şəhid ailələrinin, Aprel döyüşlərinin iştirakçılarının, hərbi qulluqçuların, Beyləqan, Cəbrayıl və Xocavənd rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın dövlət himni oxunub, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

  Sonra Əməkdar jurnalist, şair-publisist Rəşid Faxralının “Lələtəpə” poeması əsasında ədəbi-musiqili kompozisiya təqdim olunub. Kompozisiyada Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Pərvanə Qurbanova, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin heyəti iştirak edib.
      Tədbirə 2016-cı ilin Aprel döyüşlərində, eləcə də keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əməliyyatlarda müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarının gətirilməsi alqışlarla qarşılanıb. Əminliklə bildirilib ki, bu bayraqlar tezliklə işğaldan azad ediləcək digər torpaqlarımızda da ucaldılacaq və Bakıya - Azadlıq meydanına gətirilərək qələbə paradında nümayiş olunacaq.
       Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, 2016-cı ilin aprel ayında düşmən üzərində qazandığı şanlı zəfərdən danışıb, Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın hazırda işğal altında olan bütün torpaqlarımızda dalğalanacağına əminliklərini ifadə ediblər.
 
 
 
 
 
 
 

 

Keçidlər