Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü”

03 may 2012 | 15:00

03 may 2012-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binasında “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü” ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü açan Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev qədim tarixə malik Şuşa şəhərinin tarixi keçmişi , işğal sonrakı vəziyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. Rayon İcra Hakimiyyətinin Başçısının Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə müavini Əli Ağakişiyev “Qədim Şuşanın işğalından iyirmi il keçir” adlı geniş məruzə ilə çıxış etdi.

Məruzə ətrafında Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısının müavini Şahin Şirinov, rayon Təhsil şöbəsinin müdiri Validə Həsənova, Mədəniyyət və Turizm şöbəsinin müdiri Kamran Quliyev, Gənclər və İdman idarəsinin rəisi Emil Məstəliyev çıxış edərək Şuşa şəhərinin tarixi, zəngin təbiəti, görkəmli şəxsiyyətləri haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Mahmud Quliyev tədbiri Ümummilli Liderimiz Heydər Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” adlı kəlamı ilə yekunlaşdırdı.

Keçidlər