Cəbrayıl məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində növbəti ekskursiyaya yola düşdülər
27 mart 2019 | 16:00
Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan 20 nəfər şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyaya yola salındılar.
Bununla əlaqədar şagirdləri yola salma mərazisimi keçirilmişdir.
Tədbirdə Cəbrayıl rayon icra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev, rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanov , İcra Hakimiyyəti başçısı aparatının, Təhsil şöbəsinin məsul işçiləri və valideynlər iştirak edirdi.
Mərasimdə çıxış edən Cəbrayıl rayon icra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev tədbirdə çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı, qəbul edilmiş dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir.
A.Fərzəliyev səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrini tövsiyyə etdi və xoş istirahətlər arzuladı. Məktəblilərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan bu şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını ifadə etdi.