Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmişdir
18 mart 2019 | 16:00
Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə təşkil edilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsulları ilə təmin olunması və süni qiymət artımının qarşısının alınması məqsədi daşıyır.
3 saylı qəsəbə ərazisində təşkil edilən yarmarkada əsasən ət və süd məhsulları, balıq, quş əti, yumurta, meyvə-tərəvəz, bayram çərəzləri satışa çıxarılmışdır. Məhsullar alıcılara bazardakından 15-20 faiz ucuz qiymətə təklif olunur.
Yarmarkalarda alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılmış, məhsulların keyfiyyətinə, sanitariya-gigiyenik vəziyyətə nəzarət təmin edilmişdir.
Sakinlər yarmarkaların keçirilməsini rəğbətlə qarşılayır, məhsulların keyfiyyətindən və qiymətindən razılıq edirlər. Yarmarkanın mart ayının 21-dək hər gün təşkil edilməsi nəzərədə tutulmuşdur.