Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident Administrasiyasının məsul işçisi Cəbrayıl rayonunda vətəndaşlarla görüşüb

15 mart 2019 | 16:00

   Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, mart ayının 14-də Cəbrayıl  rayonunda vətəndaşlarla görüş keçirilib.
        Prezident Administrasiyanın eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məsul işçisinin iştirakı ilə keçirilən görüşlərdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib. Qəbulda 31 sakin 36 məsələ ilə bağlı müraciət edib. Sakinlər tərəfindən edilən müraciətlərdən  işlə təmin edilmə, maddi köməklik göstərilməsi, mənzil və ya evlə təmin edilmə, fərdi yaşayış evlərinin tikintisi və təmiri ilə bağlı olanlar  üstünlük təşkil edirdi.
       Görüşdə Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələrinin, yeni iş yerlərinin yaradıldığı bildirildi. Bütün bunların, ilk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyi qeyd edildi.
         Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər