Şriftin ölçüsü :

Saytın rəngi :

RİHB-nın inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə 2018-ci ilin yekunlarına dair hesabat yığıncaqları keçirilmişdir

24 yanvar 2019 | 16:00
     Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamı”nin 5.1.10 bəndinə uyğun olaraq  Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. 
     Müəyyən olunmuş qrafikə uyğun olaraq 2019-cu ilin yanvar ayının 8-dən keçirilməsinə başlanmış hesabat yığıncaqlarının həmin  ayın 22-də yekunlaşdırılması nəzərdə tutulmuşdur.
    Rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində keçirilən yığıncaqlarda Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri, şura üzvləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişlər.
     Hesabat yığıncaqlarında inzibati ərazi dairəsi üzrə nümayəndələrin  2018-ci ilin yekunlarına həsr olunmuş hesabat məruzələri dinlənilmiş, sakinləri maraqlandıran suallar cavablandırılmışdır. 
     Ümumilikdə yığıncaqlarda iki minə qədər rayon sakini iştirak etmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər