Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

20 yanvar 2019 | 16:00
   20 yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq rayon əhalisinin sıx məskunlaşdığı yaşayış məntəqələrində,  idarə və müəssisələrdə anım tədbirləri keçirilmişdir.
   Rayon  məktəbliləri arasında “20 Yanvar" faciəsinə həsr olunmuş rəsm və inşa müsabiqələri, ümumtəhsil məktəblərində faciə ilə bağlı xüsusi dərslər keçirilmişdir. Rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər “Şəhidlər Xiyabanı”nı ziyarət etmişlər.
   Anım tədbirlərinin yekunu  olaraq 20 yanvar 2019-ci il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələrinin, idarə və müəssisələrin kollektivlərinin, rayon məktəblərinin müəllim və şagird kollektivlərinin, hərbiçilərin iştirakı ilə ümumrayon anım tədbiri keçirilmişdir.
  Tədbirin iştirakçıları "Şəhidlər” Abidə Kompleksində 1990-cı ilin 20 yanvarında sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olmuş həmyerlimiz Səxavət Quliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyaraq, ruhlarını ehtiramla yad etmişlər.
 
 
 
 
 
 
Keçidlər