Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlı sakinləri ilə görüş keçirilmişdir

23 dekabr 2018 | 16:00

   Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dekabr ayının 22-də  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər etmişlər.
   Səfər çərçivəsində qonaqlar və Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidə önünə gül dəstələri düzdülər.
   Cocuq Mərcanlı kəndinə gələn qonaqlar kənddəki Novruz Aslanov adına tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşdülər, məktəbin foyesində kəndin bərpası zamanı görülən işlərlə bağlı stendlərə baxdılar.
   Heydər Əliyev Fondunun dəstəyi ilə kənddə inşa edilmiş “Qayıdış” istrahət parkına gələn qonaqlar parkda aparılmış tikinti-quruculuq işləri ilə tanış oldular.
   Sonra qonaqlar Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə kənddə inşa edilmiş  Şuşa məscidinin bənzəri olan kənd məscidini ziyarət etdilər.
   Ön cəbhədə xidmət göstərən hərbi hissənin şəxsi heyəti ilə görüşən E.Rüstəmov əsgərlərin  ruh yüksəkliyini və döyüş qabiliyyətini xüsusi vurğulamışdır.
   Daha sonra kənd sakinləri ilə görüşən Mərkəzi Bankın sədri onları qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü  və Yeni il münasibəti ilə təbrik etmiş, Ölkə başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan digər ərazilərimizində azad olunacağına əmin olduğunu bildirmişdir.
   Kənd sakinlərinin problemləri ilə tanış olan E.Rüstəmov onların narahat edən məsələlərin həlinin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu bildirmiş, səsləndirdikləri təkliflərin icrası ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
   Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər