3 saylı qəsəbə klubunda növbəti səyyar qəbul-görüş keçirilib
06 iyul 2023-cü il tarixdə təsdiq edilmiş qrafikə uyğun olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının 3 saylı qəsəbə klubunda sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Qəbulda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Aparatın məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
İcra başçısı qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll olunması üçün müvafiq tapşırıqlar verib..
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.