Şriftin ölçüsü :

Saytın rəngi :

3 saylı Cəbrayıl qəsəbəsində səyyar qəbul keçirilib

25 iyun 2024 | 09:54

    Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov 24 iyun 2024-cü il tarixdə 3 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə səyyar qəbul keçirərək, müraciətlərini dinləyib. Rayon İcra hakimiyyətinin məsul əməkdaşları və rayon vətəndaşlarının iştirak etdiyi tədbirdə İcra başçısı ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl rayonuna səfərindən, aparılan quruculuq işlərindən və qarşıda duran vəzifələrdən ətraflı danışıb.
    Qəbul zamanı rayon sakinləri tərəfindən qaldırılan məsələlərin bir qismi yerində öz həllini tapıb, bəzi məsələlərin həlli isə nəzarətə götürülüb. Rayon sakinləri əhalinin rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər