Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub

23 noyabr 2018 | 16:00

Cəbrayıl rayonunda 22 noyabr  Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının rəhbərliyi, ağsaqqallar və ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir işrirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək onun əzizi xatirəsini ehtiramla yad etdilər.

Sonra 4 saylı qəsəbə klubunda davam etdirilən tədbiri giriş sözü  ilə rayon məhkəməsinin hakimi Təranə xanım Hüseynova açaraq qonaqları salamladı. Geniş hesabat mərizəsi ilə çıxış edən T.Hüseynova  Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışdı. Qeyd etdi ki, bu sahədə əldə olunmuş nailiyyətlər, o cümlədən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, hakimlərin şəffaf seçimi, habelə elektron ədliyyənin inkişafı, penitensiar sistemin müasirləşdirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsi artıq beynəlxalq aləmdə böyük marağa səbəb olur. Bütün bunlar ədliyyə işçilərini qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının qorunması işinə daha səmərəli xidmətə səfərbər edir.

Tədbirdə çıxış edən rayon İcra hakimiyyəti başçısı Kamal Həsənov peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik etdi. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdıraraq, qanunvericiliyin qorunması, hüquqların müdafiəsi, dövlətin möhkəmləndirilməsi sahəsində ədliyyə sisteminin rolunu xüsusi vurğuladı.
         Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara işlərində  uğurlar arzulayıblar.

Keçidlər