Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib

16 noyabr 2018 | 16:00
    2 saylı qəsəbədə keçirilən səyyar qəbulda çıxış edən Cəbrayıl İcra hakimiyyətinin başçısı Kamal Həsənov  ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə və rayonda görülən işlərdən ətraflı söhbət açdı, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər  barədə sakinlərə ətraflı məlumat verdi. 
    Sonra sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı rayon İcra hakimiyyətinin başçısına müraciət etdilər. Müraciətlər əsasən qəsəbədaxili yolların təmiri,  mənzil şəraitinin yaxşılaşdırılması və sair sosial yönümlü məsələlərlə bağlı olmuşdur.
    Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi.
   Qəbulda RİH-nin məsul işçiləri, RİH başçısının inzibati ərazi dairələri  üzrə nümayəndələri və xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
 
 
 
Keçidlər