“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Cəbrayıl məktəbliləri növbəti ekskursiyaya yola düşdülər
14 noyabr 2018-ci il tarixdə Cəbrayıl rayonunun ümumtəhsil məktəblərində təhsil alan 20 nəfər şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki- Zaqatala rayonlarına ekskursiyaya yola salındılar.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin və “Şəhidlər” abidəsi önünə gül dəstələri düzmüş, onları ehtiramla yad etmişlər.
Yola salınma mərasimində Cəbrayıl rayon icra Hakimiyyəti başçısı Kamal Həsənov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri iştirak edirdi.
Mərasimdə çıxış edən Cəbrayıl rayon icra Hakimiyyəti başçısı Kamal Həsənov maarifləndirici tur-aksiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə həyata keçirildiyini qeyd etdi. K. Həsənov Ümummilli Lider Heydər Əliyevin qurub – yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın sosial- iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması, irimiqyaslı regional layihələrin uğurla icra olunması, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına göstərdiyi qayğı və dəstək 2016-cı ilin aprel döyüşlərində əldə olunmuş uğurlar, “Böyük Qayıdışın” ilk müjdəsi olan Cocuq Mərcanlı kəndinin yenidən qurulması, ölkəmizdə siyasi sabitliyin qorunub saxlanması və.s barədə ətraflı məlumat vermişdir.
K. Həsənov səfər çərçivəsində şagirdlərə tanış olacaqları şəhər və rayonlarımızın tarixini, mədəniyyətini, adət-ənənələrini dərindən öyrənmələrini tövsiyyə etdi və xoş istirahətlər arzuladı.
Tur aksiya çərçivəsində şagirdlər bu rayonların tarixi və görməli yerləri ilə tanış olacaq, bir çox tarixi və mədəniyyət obyektlərinə ekskursiya edəcəklər.