“9 Noyabr – Bayraq Günü” qeyd olundu
08 noyabr 2018 | 16:00
7 noyabr 2018-ci il tarixdə Cəbrayıl rayonunda “9 Noyabr – Bayraq Günü” münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Rayonun İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin hazırladığı bayram tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və üçrəngli Azərbaycan bayrağının zala gətirilməsi ilə başlanmışdır.
Tədbirdə çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısının müavini Fəridə xanım İbayeva tədbir iştirakçılarını salamlayaraq bayram münasibəti ilə onları təbrik etmiş, üçrəngli Azərbaycan bayrağının tezliklə doğma Cəbrayıl və işğal olunmuş digər vətən torpaqlarında dalğalanmasını arzulamışdır. F.İbayeva çıxışında qeyd etmişdir ki, Respublikamızın dövlət bayrağı müstəqil Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 2009-cu il noyabr ayının 17-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları “Azərbaycan Respublikasının Dövlət Bayrağı günün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu bayraq 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında “ qanun qəbul edərək onu dövlət bayrağı elan edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Beynəlxalq Dostluq mərkəzinin sədri Babək İsmayılov, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, Jurnalist Araşdırmaları İctimai birliyinin sədri Seymur Verdizadə, Vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı Bayraq haqqında qürurverici sözlər söylədilər.
Sonra bayram tədbiri məktəblilərin ifasında Azərbaycan bayrağına həsr olunmuş rəngarəng şeir və mahnılarla davam etdirilmişdir.