“Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir
31 oktyabr 2018 | 16:00
“1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” ilə əlaqədar tədbir keçirilmişdir.
Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev son illərdə respublikamızda kənd təsərrüfatı sahəsində görülmüş işlər və bu sahədə əldə edilmiş uğurlar haqqında məlumat verdi.
A.Fərzəliyev çıxışında Ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə kənd təsərrüfatına diqqət və qayğının artığını, ənənəvi kənd təsərrüfatı məhsullarının pambıqçılıq, ipəkçilik, tütünçülük, üzümçülük və sair əkin sahələrinin genişləndirilməsinin xalqımızın çox böyük rəğbətinə səbəb olduğunu qeyd etdi. Bunun da özlüyündə ərzaq təhlükəsizliyinin təminatı və əhalinin məşğulluğunun təmin olunmasına ölkə başçısının tövhəsi olduğunu bildirdi.
Peşə bayramı münasibəti ilə rayonun kənd təsərrüfatı işçilərini təbrik edən A.Fərzəliyev çətin və şərəfli işlərində onlara uğurlar arzuladı.
Rayon İcra hakimiyyəti adından Cəbrayıl Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinova təbrik məktubu təqdim olundu.
Tədbirdə çıxış edən Ş.Şirinov göstərilən diqqətə görə minnətdarlığını bildirdi, Respublika Prezidenti İlham Əliyev cənablarının kənd təsərrüfatı işçiləri qarşısında qoyduğu vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərini qeyd etdi.
Tədbirdə digər çıxış edənlər kənd təsərrüfatına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.