Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Uşaq hüquqları aylığı” ilə bağlı tədbir keçirilmişdir

27 oktyabr 2018 | 16:00

   26 oktyabr 2018-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində “Uşaq Hüquqları aylığı” çərçivəsində “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda tədbir keçirilmişdir.
   Tədbiri giriş sözü ilə açan Cocuq Mərcanlı kənd məscidi dini icmasının sədri və imamı Elman Piriyev açaraq qonqları salamladı, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri haqqında məlumat verdi.
   Gənclərin zərərli vərdişlərdən qorunmasının zərurliyi barədə danışan E.Piriyev erkən nikaha məcbur edilən qızların təhsil hüquqlarının pozulması, bu cür nikahlardan doğulan uşaqlarda problemlərin olması kimi məsələlərə toxundu, erkən nikahlar, qızların təhsildən yayınması və nikahdan kənar doğum hallarının qarşısının alınması üçün bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu vurğuladı.
   Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Mehtixan Zeynalov “Uşaqların təhsil hüququnun pozulması: erkən nikah problemi” mövzusunda məruzə edib. Mehtixan Zeynalov bildirib ki, erkən nikah uşaqların birbaşa hüquqlarının pozulmasıdır. Bu bəzi hallarda məktəbli qızların təhsildən yayınma halları ilə bağlı olur. İkinci tərəfdən onların sağlamlığına da ziyandır. Erkən nikah quran gənclər nəinki öz sağlamlığını hətta dünyaya gələcək uşaqların sağlamlığını da təhlükəyə atır. Bunu qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsi zəruridir.
   Məruzə ətrafında Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Atakişi Atakaşiyev və Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev çıxış edərək  tədbirlərin gənclərin dünya görüşünün formalaşmasında böyük rol oynadığını qeyd etdilər,  bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu vurğuladılar.
Sonda dinləyicilər tərəfindən verilən suallar cavablandırılmışdır.

Keçidlər