Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Müstəqillik Günü ilə əlaqədar tədbir keçirilib

28 may 2023 | 12:08

Müstəqillik günü ilə bağlı rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlər keçirilib. Tədbirlərdə milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğu qeyd olunub.

Silsilə tədbirlərin davamı olaraq 28 may 2023-cü il tarixdə Mədəniyyət və İstirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə əklil və gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayonun Hüquq-Mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığını xatırladıb. Mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətdə görülən işlər barədə məlumat verən icra başçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb.

Müstəqilliyimiz əbədi olsun!

Keçidlər