Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı münasibətilə Cocuq Mərcanlıda tədbir təşkil edilib

24 avqust 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə  Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Cocuq Mərcanlıya gələn qonaqlar dövlət başçısının tapşırıqlarına uyğun olaraq kənddə qısa müddətdə görülmüş geniş quruculuq işləri ilə tanışlıq olublar.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Cəbrayıl Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi tədbir Cocuq Mərcanlı kənd klubunda davam etdirilib. Tədbirdə Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi yad olunub.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov qonaqları salamlayaraq, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq kənddə aparılmış abadlıq-quruculuq işləri haqqında  məlumat verib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri  cənab Rövşən Rzayev qeyd etdi ki, məcburi köçkünlərin problemlərinin həlli, məşğulluğunun təmin edilməsi ilə bağlı məqsədyönlü tədbirlər uğurla icra edilir. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli prioritet məsələ kimi hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət mərkəzindədir. Cocuq Mərcanlının bərpası isə bu baxımdan xüsusi önəm kəsb edir.
Daha sonra çıxış edən  Şəhid polkovnik-leytenant, əfsanəvi kəşfiyyatçı Raquf Orucovun həyat yoldaşı Sevinc Qurban, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov, Aprel döyüşlərinin şəhidi Ruhin Qəhrəmanovun atası Əşrəf Qəhrəmanov, Cocuq Mərcanlı sakini Oqtay Həziyev və başqaları dövlətimizin başçısının torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı siyasəti dəstəklədiklərini bildirib, müharibənin nəticələrindən əziyyət çəkən insanlara, o cümlədən məcburi köçkünlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
Tədbirdən sonra kənd məscidində bayram süfrəsi açılıb, şəhidlərin ruhuna dualar oxunub. Kənd sakinlərinə qurban payı, məktəblilərə hədiyyələr verilib.

 

Keçidlər