Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib

27 sentyabr 2022 | 14:09

     27 sentyabr 2022-ci il tarixdə Cəbrayıl rayonunda Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərimizin ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə “Şəhidlər” Abidə Kompleksində və “Şəhidlər Xiyabanı”nda şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhlarına dualar oxunub, əziz xatirələri böyük ehtiramla yad edilib. Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib onların hər birinin qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd ediblər.
      Tədbir şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında ağacların əkilməsi ilə davam edib. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçidlər