Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı gənclər hərbi xidmətə yola salındı

06 iyul 2018 | 16:00

Cəbrayıl rayonunda gənclərin hərbi xidmətə yola salınması ilə bağlı mərasim keçirildi. İyul ayının 6-da keçirilən tədbirdə çağırışçılarla yanaşı Cəbrayıl Rayon İcra hakimiyyətini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon bolməsinin əməkdaşları, valideynlər, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları əvvəlcə görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının abidələri onünə gül dəstələri düzdülər.

Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva mərasimə toplaşan hər kəsi rayon rəhbərliyi adından salamlayaraq  qeyd etdi ki, gənclərin sağlam , vətənpərvərlik ruhunda böyüməsi  dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq  Qarabağ kimi  ağır yarası var. Torpaqlarımızın 20 faizi düşmən tapdağı altındadır. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük əhəmiyyət kəsb edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Anar Rəhimov  çıxışında bildirdi ki, ölkə Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilib və hazırda qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlmək qabiliyyətindədir. Ordu sıralarında xidmətin böyük şərəf və məsuliyyət olduğunu bildirən bölmə rəisi gənclərə hərbi xidmətdə uğurlar arzuladı.

Daha sonra çıxış edənlər hərbi xidmətin gənclərin bir şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söz açdılar, xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, ölkəmizin təhlükəsizliyi təmin olunmasına üzərlərinə düşən vəzifəni layiqincə yterinə yetirməyi arzuladılar.

 Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənclər Azərbaycan bayrağını öpüb, valideynlərin xeyir-duasını alaraq hərbi xidmətə yollandılar.

Keçidlər