Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri “N” saylı hərbi hissənin şəxsi heyyəti ilə görüş keçirmişdir

27 iyun 2018 | 16:00

Azərbaycan  Silahlı Qüvvələrinin yaranmasının  100 illiyi və 26 İyun -  Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi  və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cəbrayıl rayonunun ərazisində yerləşən «N» saylı hərbi hissəsində  olmuş, cəbhə bölgəsində xidmət edən əsgərlərimizin xidməti, məişət şəraiti ilə tanış olmuşlar.

Cəbrayıl rayon İcra Hakimiyyətinın  Başçısı Kamal Həsənov hərbi hissənin şəxsi heyyətinin qarşısında   çıxış edərək Azərbaycan  Silahlı Qüvvələrinin yaranmasının  100 illiyi  və 26 İyun- Silahlı Qüvvələr günü münasibəti ilə onları təbrik etmiş, çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində müvəffəqiyyətlər arzulamışdır.

Natiq qeyd etmişdir ki, Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının silahlı qüvəllərin Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi – psixoloji hazırlıq  cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.  2016-cı ilin aprel döyüşlərində ordumuzun əks-hücüm əməliyyatı  zamanı düşmənə sarsıdıcı zərbələri dediklərimizin bir daha təsdiqidir. Bu döyüşlər onu göstərdi ki,  Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir.

Sonra Cəbrayıl Rayon İcra Hakimiyyətinin gətirdiyi bayram sovqatları şəxsi heyətə təqdim edildi.

Hərbi hissə komandanlığı Cəbrayıl  rayon İcra Hakimiyyətinin rəhbərliyinə şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Silahlı Qüvvələr günündə şəxsi heyyətlə görüşün təşkilinə görə minnətdarlığını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yuksəkliyinin artırılmasında mühüm rol oynadığını vurğulamışdır.

 

Keçidlər